Ərdoğan Səudiyyə Ərəbistanının şahzadəsi ilə danışdı

erdogan-seudiyye-erebistaninin-sahzadesi-ile-danisdi
Oxunma sayı: 1360

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Danışıq zamanı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə edilib.

Ərdoğan görüşdə İsrail-Fələstin münaqişəsinin tez bir zamanda dayandırılması və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının atəşkəs qərarının həyata keçirilməsi üçün İslam dünyasının daha çox səy göstərərək məhsuldar şəkildə birlik nümayiş etdirməsinin vacibliyini bildirib.