Erik ten Haqın yeni iş yeri məlum oldu

erik-ten-haqin-yeni-is-yeri-melum-oldu
Oxunma sayı: 1600

Hollandiyalı çalışdırıcı Erik ten Haqın yeni iş yeri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, o “Tvente”nin baş məşqçisi təyin olunub. Bu barədə Niderland təmsilçisinin rəsmi səhifəsi paylaşım edib.

Mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. O, fəaliyyətinə fevral ayından başlayacaq.

Ten Haq bu vəzifədə Yan Ştrüeri əvəz edəcək. E.Haq həmçinin 1992-1994-cü illərdə “Tvente”nin formasını geyinib.

Qeyd edək ki, Erik ten Haq bundan öncə “Ayaks” “Mançester Yunayted” və “Bayer” kimi klubları çalışdırıb.