Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum etdilər - Video

ermeniler-azerbaycanin-fransadaki-sefirliyine-hucum-etdiler
Oxunma sayı: 6953

Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər. 

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Erməni vandalları səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıb.

Onlara polis müdaxilə etməyib. 

***

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tviter səhifəsində yazıb ki, səfirliyin binasına basqın edən fransız erməni fanatiklərlə bağlı yazıb:

“Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı istəklərimizə məhəl qoymayan Fransaya ayıb olsun”.