“Ermənistanın Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə qoşulması mümkündür”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilib. BTQ Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi strateji nəqliyyat layihəsidir. Son illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində marşrutun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Son xəbərlər
Son Xəbərlər