“Ermənistan istəsə, elə sabah çıxıb getməyə hazırıq” - Putin

ermenistan-istese-ele-sabah-cixib-getmeye-haziriq
Oxunma sayı: 701

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən sonra təşkil olunan mətbuat konfransında ölkəsinin Ermənistandakı hərbi bazası ilə bağlı diqqətçəkən bəyanat verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Rusiya lideri bildirib ki, Rəsmi İrəvan bunun vacib olduğunu hesab edərsə, Rusiya Ermənistandakı hərbi varlığını qorub saxlamağa hazırdır.

Bununla belə, Putin Ermənistan tərəfinin istənilən qərarına hörmətlə yanaşacaqlarını vurğulayıb:

“Əgər Ermənistan ölkədəki Rusiya hərbi bazasına artıq ehtiyac olmadığını hesab edərsə, Rusiya elə sabah çıxıb getməyə hazırdır”.

Xatırladaq ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası iki ölkə arasında 1995-ci ildə imzalanmış müqavilə əsasında fəaliyyət göstərir və onun qalma müddəti 2010-cu ildə edilən dəyişikliklə 2044-cü ilə qədər uzadılıb.