“Ermənistan KTMT-dən faktiki olaraq çıxıb”

ermenistan-ktmt-den-faktiki-olaraq-cixib
Oxunma sayı: 746

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) faktiki olaraq çıxıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu təşkilatın baş katibi Taalatbek Masadıkov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan təşkilatın sənədləri və qərarları ilə bağlı məlumatlandırılsa da, müzakirələrdə və qərarların qəbulunda iştirak etmir. Bununla belə, rəsmi İrəvan məhdud formatda qərarların qəbuluna etiraz bildirmir.

Masadıkov qeyd edib ki, Ermənistan nümayəndələri təşkilatın həftəlik hesabatlarını dinləsələr də, əsas tədbirlərdə və hərbi təlimlərdə iştirak etmirlər. Baş katibin fikrincə, bu vəziyyət Ermənistanın təşkilatdan faktiki olaraq geri çəkildiyini göstərir.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxarılması qərarını dəstəklədiyini və belə bir qərardan məmnun olacağını bildirmişdi.