Ermənistan müdafiə xərclərini artırır

ermenistan-mudafie-xerclerini-artirir
Oxunma sayı: 3734

Ermənistanın 2023-cü ildə müdafiə xərcləri 501,3 mlrd. dram və ya 1,3 milyard dollar təşkil edəcək.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu barədə məlumat hökumətin gələnilki dövlət büdcəsi layihəsində öz əksini tapıb.

Beləliklə, ölkənin hərbi büdcəsi 40%-dən çox artacaq və tarixdə ilk dəfə olaraq 1 milyard dolları keçəcək. Həmçinin hərbi xərclər ənənəvi olaraq büdcədə ən böyük maliyyə tutumu olan sosial proqram üzrə xərcləri ilk dəfə üstələyəcək.