Ukraynaya səfər edəcək

ukraynaya-sefer-edecek
Oxunma sayı: 148

Macarıstanın Baş naziri Peter Maryar tezliklə Ukraynanın qərbindəki Zakarpatya bölgəsinə səfər edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

“Müharibə başlayandan bəri heç bir Macarıstan baş naziri Zakarpatyadakı macarlara baş çəkməyib. Baş nazir kimi Zakarpatyaya qayıdanda bu vəziyyət dəyişəcək”, - deyə o bildirib.

Maryar qeyd edib ki, o, orada yaşayan etnik macar azlığına dəstəyini nümayiş etdirmək üçün Ukraynanın bu bölgəsinə səfər etmək niyyətindədir.