ABŞ-nin texnologiya nəhəngi “Nvidia”nın həmtəsisçisi Censen Huanqın yenidən baş icraçı direktor vəzifəsinə qaytarılmasından sonra şirkətin səhmləri 31 faizdən çox bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, qərar ABŞ fond bazarına da müsbət təsir göstərib. “Nasdaq” indeksi təxminən 6 faiz, “S&P 500” isə 4 faiz yüksəlib.
Xatırladaq ki, Huanq noyabrın 12-də nikahdankənar münasibətləri, o cümlədən Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibəti barədə iddialardan sonra istefa vermişdi. Pekin həmin ittihamları rədd edib.
Bu gün isə “Nvidia”nın Direktorlar Şurası ABŞ rəsmiləri ilə məsləhətləşmələrdən sonra Huanqın vəzifəsinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib.
Son xəbərlər
Son Xəbərlər