“Ermənistan Rusiya ilə mübahisə etmək istəmir”

ermenistan-rusiya-ile-mubahise-etmek-istemir
Oxunma sayı: 2863

“Ermənistan Rusiya ilə mübahisə etmək istəmir, lakin onunla münasibətlər transformasiya olunur”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, hazırda “tarixi Ermənistan”la Rusiya arasında münasibətlərdən “real Ermənistan” və Rusiya arasındakı münasibətlərə keçid var: “Bu, bəzən Ermənistanın özündə baş verən daxili transformasiya qədər ağrılı olur. Ancaq bu transformasiyanı “müsbət hekayələrlə” doldurmaq üçün hər şey edilməlidir. Ermənistan Rusiya ilə buna hazırdır və onunla münasibətləri Ermənistanın iqtisadiyyatı, təhlükəsizliyi və dövlətçiliyi baxımından qiymətləndirmək çətindir”.