“Ermənistan Rusiya sərhədçiləri ilə bağlı qərar verməyib”

ermenistan-rusiya-serhedcileri-ile-bagli-qerar-vermeyib
Oxunma sayı: 1720

“İrəvanın “Zvartnots” hava limanından Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı Ermənistan tərəfindən qərar verilməyib”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, rəsmi kanallarla Rusiyaya bu barədə məlumat daxil olmayıb: “Anladığımız qədərilə, bu məsələ ilə bağlı hansısa qərar verilməyib və bu qərarları rəsmi kanallarla bizə heç kəs bildirməyib”.