Ermənistanda məhbus məhkəmə binasından qaçdı

ermenistanda-mehbus-mehkeme-binasindan-qacdi
Oxunma sayı: 384

Ermənistanda məhbus Armavir ümumi yurisdiksiya məhkəməsinin binasından qaçıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Cəza-İcra Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, məhkum iclasda iştirak etmək üçün gətirildiyi məhkəmə binasından qaçıb. Həmin şəxsin “Armavir” cəza-icra müəssisəsində cəza çəkdiyi bildirilir. 

Hazırda Armavirdə polis onun saxlanılması üçün gücləndirilmiş iş rejimində çalışır. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.