Ermənistanın İqtisadiyyat Nazirliyində axtarış aparılır

ermenistanin-iqtisadiyyat-nazirliyinde-axtaris-aparilir
Oxunma sayı: 1372

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin İqtisadiyyat Nazirliyində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin iqtisadiyyat nazirinin mətbuat katibi Asthik Sarkisyan açıqlayıb.

Bununla yanaşı, Ermənistanın iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryanın dindirildiyi də bildirilir.