Rusiya Xarici İşlər Nazirliyi Ukrayna lideri Volodimir Zelenskinin İrəvanda çıxışından sonra Ermənistanın Rusiyadakı səfirini çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Mayın 7-də Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri G. B. Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə V. Zelenskiyə Ermənistanda Rusiyaya qarşı terror təhdidləri etmək üçün platformanın yaradılmasının qəti şəkildə qəbuledilməz olduğu bildirilib”, - nazirlik qeyd edib.
Son xəbərlər
Son Xəbərlər