Ezgi Eyüboğlu da saxlanıldı

ezgi-eyuboglu-da-saxlanildi
Oxunma sayı: 861

Türkiyəli məşhur aktrisa Ezgi Eyüboğlu saxlanılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, narkotik maddələrin istifadəsi və satışı ilə bağlı başladılan əməliyyat çərçivəsində saxlanılıb.

Qeyd edək ki, ötən gün Türkiyədə bir neçə tanınmış şəxs - müğənni Aleyna Tilki, influenser Danla Bilic və aktrisalar - Mümine Senna Yıldız və İrem Sak da saxlanılmış, daha sonra sərbəst buraxılmışdılar.

Əməliyyat çərçivəsində iş adamı Acun Ilıcalının eks-həyat yoldaşı Şeyma Subaşı haqqında da saxlanılma qərarı çıxarılıb. Siyahıda həmçinin model Şevval Şahin, sosial media fenomeni Mert Vidinli və yutuber Cihan Şensözlünün də adı var.