Türkiyə şou-biznesinin tanınmış simalarının yer aldığı genişmiqyaslı narkotik istintaqının növbəti mərhələsində səhər saatlarında saxlanılan aktyor İsmail Hacıoğlundan xəbər var.
“Qafqazinfo” “Türkiye Gazetesi”nə istinadən xəbər verir ki, o, hadisədən dərhal sonra baş rolunu onun canlandırdığı “Cennetin çocukları” serialı ilə yolları ayırıb.
Məlumata görə, onun gedişindən sonra ekran işinin çəkilişlərinə də fasilə verilib. Serialın hazırda iki həftəlik ehtiyat bölümlərinin olduğu bildirilir. Gələcək taleyi isə istintaqın nəticələrindən asılı olacaq.
Xatırladaq ki, “İskender” obrazına həyat verən aktyor serial çəkilişləri üçün getdiyi “Ayvalık”dakı evində saxlanılıb. Ondan narkotik testi üçün saç və qan nümunələri götürüldükdən sonra sərbəst buraxılıb.
Qeyd edək ki, daha öncə reytinq rekordu qıran “Kızılcık Şerbeti” serialında “Fatih”i canlandıran Doğukan Güngörün də eyni səbəblə layihədən ayrıldığı haqda xəbərlər yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər