“Fənərbaxça” doğma meydanda xal itirərək liderlik yarışında ağır zərbə alıb.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə Süper Liqanın 19-cu həftəsində “Fənərbaxça” öz meydanında “Göztəpə”ni qəbul edib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçın 17-ci dəqiqəsində Nene ilə hesabı açan İstanbul təmsilçisi üstünlüyünü qoruya bilməyib. İzmir klubu 24-cü dəqiqədə Jandersonun qolu ilə tarazlığı bərpa edib. “Sarı-lacivərdlilər” üçün oyun həm də məcburi əvəzetmə ilə yadda qalıb. Belə ki, matçın 38-ci dəqiqəsində zədələnən İsmayıl Yüksək meydanı tərk etməli olub və onu Fred əvəzləyib.
Qeyd edək ki, bu nəticədən sonra “Fənərbaxça” lider “Qalatasaray” arasında xal fərqi 3-ə yüksəlib.
Son xəbərlər
Son Xəbərlər