Ferdi Tayfur vəfat etdi

ferdi-tayfur-vefat-etdi
Oxunma sayı: 5350

Türkiyəli tanınmış müğənni Ferdi Tayfur vəfat edib.

“Qafqazinfo” “NTV Haber”ə istinadən xəbər verir ki, sənətçi 79 yaşında dünyasını dəyişib.

O, Antalyada dekabrın 15-dən müalicə aldığı özəl xəstəxanada bu gün həyatını itirib.

Bildirilir ki, böyrək çatışmazlığından əziyyət çəkən F. Tayfura 2020-ci ildə oğlundan böyrək köçürülüb.