Fəxrəddin Qurbanov vəfat etdi

fexreddin-qurbanov-vefat-etdi
Oxunma sayı: 15694

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov dünyasını dəyişib.

XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Qafqazinfo”nun  sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

Fəxrəddin Qurbanov Kanada, Xorvatiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfir kimi (eyni zamanda Danimarka, İslandiya və İrlandiya Respublikasında akkreditə olunmuş) çalışıb.

O, 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Əmək Fəaliyyətinə görə medal ilə təltif edilib, Avrasiya üzrə İlin Diplomatı seçilib, London şəhərinin Fəxri vətəndaşıdır.

Qeyd edək ki, Fəxrəddin Qurbanov Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanovun qardaşıdır.