Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir

fransada-usaqlarin-sosial-sebekelerden-istifadesi-qadagan-edilir
Oxunma sayı: 245

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın deputatları ölkədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini dəstəkləyiblər.

“Qafqazinfo” “BFMTV” telekanalına istinadən xəbər verir ki, bu qanun layihələri paketinin digər hissəsi məktəblərdə mobil telefonlardan istifadənin qadağan edilməsini nəzərdə tutur.

Növbəti mərhələdə qanun layihələrinə Fransa Senatında baxılacaq. 

Fransa Prezidenti Emmanuel Makron da 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması fikrini dəstəkləyib.

“Nəhayət ki, 1 sentyabrdan etibarən uşaqlarımız və yeniyetmələrimiz qorunacaqlar. Mən bunun qayğısına qalacağam”, - o, “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, bu qanun qəbul edildikdən və qüvvəyə mindikdən sonra Fransa 15 yaşdan aşağı uşaqlara sosial şəbəkələrdən istifadənin qadağan edildiyi ikinci ölkə olacaq. Daha əvvəl Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə tətbiq edilən məhdudiyyətlər qüvvəyə minib