Füzulidə güclü yanğın başladı - Foto

fuzulide-guclu-yangin-basladi
Oxunma sayı: 1153

Füzulinin iki kəndində güclü yanğın başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın rayonun Yuxarı Dilağardı və Veysəlli kəndləri ərazisində qeydə alınıb.

Yanğın minalardan təmizlənməmiş ərazilərdə davam etdiyindən onun söndürülməsi çətinləşib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Ziya Əmirxanlı