Gecə 3-də törədilmiş qətllə bağlı - Rəsmi açıqlama

gece-3-de-toredilmis-qetlle-bagli
Oxunma sayı: 4477

Sumqayıt Şəhər Prokurorluğu gecə saatlarında törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” prokurorluğa istinadən xəbər verir ki, iyulun 12-si gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.