Türkiyəli aktrisa Deniz Baysal və musiqiçi Barış Yurtçunun boşandığı bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.
İddiaya görə, Dəniz Baysal boşanma müqabilində Barış Yurtçunun tələb etdiyi məbləğin bir hissəsini ödəyib və tərəflər cəmi 10 dəqiqə davam edən məhkəmə iclasından sonra ayrılıblar.
Daha sonra D. Baysal həyat yoldaşı Barış Yurtçu ilə olan fotolarını sosial media hesabından çıxarıb və onun soyadını profilindən silib. Hər iki tərəf məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Cütlük 2019-cu ilin sentyabrında ailə həyatı qurmuşdu.
Deniz Baysal bir sıra məşhur ekran işlərində rol alıb. O, hazırda “Taşacak Bu Deniz” serialında “Esme” obrazına həyat verir.


Son xəbərlər
Son Xəbərlər