Rusiyadan Ermənistana təbii qaz tədarükü bərpa olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” QSC məlumat yayıb.
“Sentyabrın 25-dən etibarən “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəməri ilə Ermənistana təbii qaz tədarükü bərpa olunub”, - məlumatda deyilir.
Xatırladaq ki, Ermənistana təbii qaz tədarükü Rusiya ərazisində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlı profilaktik və təmir işləri ilə əlaqədar sentyabrın 15-də müvəqqəti dayandırılmışdı.
Son xəbərlər
Son Xəbərlər