Gecə saatlarında evinə çağırıb 3 bıçaq zərbəsi ilə öldürdü - Şəmkirdəki qətlin detalları

gece-saatlarinda-evine-cagirib-3-bicaq-zerbesi-ile-oldurdu
Oxunma sayı: 2565

Şəmkirdə baş verən qətlin təfərrüatları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, rayonun Kür qəsəbəsində baş verən hadisə zamanı qətlə yetirilən 19 yaşlı Ramal Quliyevlə hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadə arasında qısqanclıq zəminində mübahisə düşüb. 

Hadisəni törədən yeniyetmə gecə saatlarında mərhum R.Quliyevə zəng edərək evlərinə çağırıb.

Bu zaman tərəflər arasında mübahisə başlayıb və yeniyetmə 19 yaşlı gənc oğlana 3 bıçaq zərbəsi vurub. R.Quliyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırmalar davam edir.

Yunis Quliyev