Gədəbəydə ağır qəza - Ölənlərdən biri 3 yaşlı uşaqdır+Yenilənib

gedebeyde-agir-qeza
Oxunma sayı: 2496

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Maarif kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2104” və “Niva” markalı avtomobil toqquşub. Hadisə nəticəsində 2 nəfər- qadın və azyaşlı uşaq ölüb, daha bir nəfər ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin kimliyi məlum olub. 

Hadisə nəticəsində dünyasını dəyişənlər Maarif kənd sakinləri 1981-ci il təvəllüdlü R.Bağırova və 2022-ci il təvəllüdlü U.Həsənovadır.

Yunis Quliyev