Şimali Kiprdə bərənin batması nəticəsində həlak olanların sayı 13-ə yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.
Bildirilib ki, hazırda itkin düşmüş 15 nəfərin axtarışları davam etdirilir.
Xatırladaq ki, avqustun 30-u Şimali Kiprin Girne sahillərində 267 sərnişini olan gəmi qəzaya düşüb.
Son xəbərlər
Son Xəbərlər