Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı - Foto

gencede-16-yasli-oglanin-meyiti-tapildi
Oxunma sayı: 956

Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb.

16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev