Gəncədə 33 yaşlı kişi bıçaqlandı - Saxlanılan var - Yenilənib

gencede-33-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 636

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Rəşad Məmmədov kürək nahiyyəsindən bıçaqlanıb. O, xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, onu 1996-cı il təvəllüdlü Ayxan Cəfərov bıçaqlamaqda şübhəli bilinir.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

***

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində A.Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Yunis Quliyev