Gəncədə 38 yaşlı kişi qətlə yetirildi - Yenilənib

gencede-38-yasli-kisi-qetle-yetirildi
Oxunma sayı: 2222

Gəncədə qətl hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini 1986-cı il təvəllüldü Vasif Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

***

Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğu da məlumat yayıb.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, yanvarın 25-də saat 22 radələrində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun Gəncə şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı Vasif Həsənova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Yunis Quliyev