Gəncədə 6 nəfər dönərdən zəhərlənib - Yenilənib

gencede-6-nefer-donerden-zeherlenib
Oxunma sayı: 1465

Gəncədə 4 nəfər dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun məlumatına görə, həmin şəxslər 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 18 yaşlı Nazənin Quliyeva və azyaşlı oğlandır.

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

***

Əldə etdiyimiz məlumata görə, dönərdən zəhərləndiyi bildirilən daha iki nəfər 2001-ci il təvəllüdlü Tamirazova Jalə və 2005-ci il təvəllüdlü Fuad Cabbarov da xəstəxanaya yerləşdiriliblər.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 18:20 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (4 qadın, 2 kişi cinsli) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi və kəskin qastrit diaqnozları təyin edilən şəxslərə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Yunis Quliyev