Gəncədə avtomobil işıq dirəyinə çırpıldı - Fotolar

gencede-avtomobil-isiq-direyine-cirpildi
Oxunma sayı: 1516

Gəncədə yüksək sürətlə hərəkət edən “Mercedes-Benz” markalı avtomobil qəza törədib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Fətullah Həsənov küçəsində qeydə alınıb.

Avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib, işıq dirəyi isə aşıb.

Faktla bağlı araşdırma aparılır.

Yunid Quliyev