Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Məlumata görə, 1965-ci il təvəllüdlü şəhər sakini M.Yolçuyev yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər