Gəncədə evdə yanğın - Ölən var

gencede-evde-yangin
Oxunma sayı: 553

Gəncədə yaşayış evində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Ələkbər Seyfi küçəsində, Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, fərdi yaşayış evinin bir hissəsi yanıb. Ev sahibi 1960-cı il təvəllüdlü Zaur Məmmədov tüstüdən zəhərlənərək ölüb.

Hazırda alov söndürülüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Yunis Quliyev