Bakı-Qazax magistralında yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Reno” və “Ford” markalı maşınlar toqquşub.
İlkin məlumata görə, qəzada 1960-cı il təvəllüdlü Bəxtiyar Həsənov, 2001-ci il təvəllüdlü Lalə Məhərrəmova, 1977-ci il təvəllüdlü Gülbəniz İbrahimova və 2025-ci il təvəllüdlü Ramal Məhərrəmov xəsarət alıblar.
Yaralılar Gəncədəki xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
*Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, bu gün saat 18:10 radələrində 3 nəfər (2 kişi, 1 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlara döş qəfəsinin əziyi, başın və dodağın çapılmış yaraları diaqnozu təyin olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Yunis Quliyev



Son xəbərlər
Son Xəbərlər