Gezeravcının Yerə qayıdışı təxirə salındı

gezeravcinin-yere-qayidisi-texire-salindi
Oxunma sayı: 3701

Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Axiom-3” komandasının Yerə qayıdışı təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “SpaceX” şirkəti “X” hesabında paylaşıb. 

Məlumata görə, Florida sahillərində hava şəraitinin uyğun olmaması səbəbindən komanda fevralın 5-dən daha tez Beynəlxalq Kosmik Stansiyanı tərk edə bilməyəcək.

Bununla yanaşı, komandanın hava şəraitini izləməyə davam edəcəkləri qeyd olunub. 

Xatırladaq ki, “Axiom-3” komandasının bu gün Türkiyə vaxtı ilə saat 14:00-da Beynəlxalq Kosmik Stansiyanı tərk etməsi gözlənilirdi. Komanda yanvarın 19-u kosmosa yola düşmüşdü.