Goranboy sakini bıçaqlandı - Ata-oğul tutuldu

goranboy-sakini-bicaqlandi
Oxunma sayı: 474

Goranboyda 46 yaşlı kişi bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Goranboy şəhər sakini Samir Alıyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ona kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıb.

Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.