Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyiti çıxarıldı

goygolde-cetin-kecilen-eraziden-1-neferin-meyiti-cixarildi
Oxunma sayı: 1739

Göygöl rayonu, Qızılca kəndində çətin keçilən ərazidən 1 nəfərin meyiti çıxarılıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tapılan meyitin kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramova məxsus olduğu məlum olub.

Onun ölüm səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.