Göygölün Üçtəpə kəndində qanunsuz tikili söküldü - Fotolar

goygolun-uctepe-kendinde-qanunsuz-tikili-sokuldu
Oxunma sayı: 629

Göygöl Rayon İcra hakimiyyətində fəaliyyət göstərən komissiya tərəfindən Üçtəpə kəndi ərazisində keçirilmiş monitorinq zamanı təyinatına uyğun olmayan torpaq sahəsində qanunsuz tikinti aparılması aşkar edilərək tədbir görülməsi üçün Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

“Qafqazinfo” xəbər verir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.