Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb.
Müşahidə olunan güclü şimal-qərb küləyi günün ikinci yarısından qısa müddətə zəifləyəcək. Aprelin 10-da küləyin sürəti yenidən güclənərək gecə 15-20 m/s, gündüz saatlarından isə arabir 23-28 m/s-yə çatacaq.
***
Bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb.
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Balakən, Quba, Qusar, Xınalıqda arabir yağış, Şahdağda isə qar yağır.
Balakən, Quba, Qusar və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.