“Fransaya qarşı oyunda bizə Allah kömək etməlidir” - Emin Mahmudov

fransaya-qarsi-oyunda-bize-allah-komek-etmelidir
Oxunma sayı: 3019

“Neftçi”nin və Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov yutubda yayımlanan “Podkat” verilişinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşçı keçirəcəyi oyunlardan danışıb. 

Təcrübəli futbolçu həmin matçlarda millimizin xal qazanmaq şansının olmadığını bildirib: “Bu matçda bizə Allah kömək etməlidir. Meydana 8 müdafiəçi və 2 hücumçu ilə çıxmalıyıq (gülür). Ümumiyyətlə, yalandan deyək ki, Mbappeni bağlayacağıq, Dembeleyə oynamağa imkan verməyəcəyik, bu inandırıcı olmaz. Sadəcə bəzən qeyri-adi matçlar keçir. Məsələn, Portuqaliyaya qarşı elə oyun olmuşdu. Yəni ancaq elə ola bilər”.