Güclü leysan İstanbul küçələrini iflic etdi - Fotolar

guclu-leysan-istanbul-kucelerini-iflic-etdi
Oxunma sayı: 598

Türkiyənin İstanbul şəhərində yağan güclü leysan gündəlik həyata ciddi təsir göstərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Məlumata görə, şəhərin bir çox küçə və prospekti su altında qalıb, alt keçidləri su basıb, kanalizasiya quyuları daşıb.

Nəticədə nəqliyyatın hərəkətində problemlər yaranıb, bəzi avtomobillər yolda qalıb.

Bildirilib ki, ən çox zərər görən rayonlar arasında Beşiktaş, Şişli, Fatih, Bakırköy, Kağıthane və Sultangazi yer alıb.

Güclü yağış İstanbulun Asiya hissəsində də təsirini göstərərək Ümraniyə, Çəkməköy, Kadıköy, Beykoz və Üsküdarda küçələrin su altında qalmasına səbəb olub.