Güclü zəlzələdə ölənlərin sayı 300-ü ötdü

guclu-zelzelede-olenlerin-sayi-300-u-otdu
Oxunma sayı: 605

Kolumbiyada 10 avqustda baş verən 7,4 bal gücündə güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində həlak olanların sayı 312-yə çatıb.

4380 nəfərin xəsarət almasına və 290 nəfərin itkin düşməsinə səbəb olan zəlzələdən 15 əyalətdə 294 mindən çox insan və 470 yaşayış məntəqəsi zərər çəkib.