Gülçöhrə Şəfiyeva vəfat etdi

gulcohre-sefiyeva-vefat-etdi
Oxunma sayı: 6547

Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyeva dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram səhifəsində məlumat yayıb.

G.Şəfiyeva 74 yaşında vəfat edib. Sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilmişdi.

Dəfn mərasimi bu gün saat 12:00-da olacaq.

Qeyd edək ki, G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Uzun illər Mədəniyyət Nazirliyi Mərkəzi Aparatında müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ildən Heydər Əliyev Sarayının baş rejissoru olub. 2018-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb. 

Allah rəhmət eləsin!