Gülüş günü köhnə “mavi işarə”lər silinəcək

gulus-gunu-kohne-mavi-isareler-silinecek
Oxunma sayı: 3232

Tviter aprelin 1-dən etibarən bütün “mavi işarə”ləri ləğv edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, şirkət bunu köhnədən olan təsdiq “mavi işarə”lərinin alınmasında korrupsiyaya yol verilməsi ilə açıqlayır.

Bundan əlavə, səhifə və şəxslər artıq mövcud olan ödənişli sistemə məcbur ediləcək və beləliklə “Fake” hesabların da qarşısı alınacaq.

Qeyd edək ki, Tviterin bu siyasətin 1 Aprel Ümumdünya Gülüş Günündə qüvvəyə minəcəyini söyləməsi maraqla qarşılanıb. Xatırladaq ki, hazırda Tviterin sahibi Elon Mask 2018-ci ildə elektrik avtomobil şirkəti Tesla-nın (TSLA) iflasa uğradığı barədə tvit atması da daxil olmaqla, 1 aprel trolluğu ilə tanınıb.