Türkiyədə məşhur şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində aktrisa Afra Saraçoğlu saxlanılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Saraçoğlu Fransadan qayıdarkən İstanbul aeroportunda saxlanılıb.
Qeyd edək ki, daha əvvəl barəsində saxlanılma qərarı verilən Afra sosial media hesabında açıqlama verərək hazırda ölkədə olmadığını bildirmişdi.
Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıb.
***
Aktrisanın menecerlik agentliyi bildirib ki, Afra Saraçoğlu xəstəxanada tibbi müayinədən keçib, ardınca isə Məhkəmə-Tibbi Ekspertiza İnstitutu və prokurorluqdakı prosedurları tamamlayaraq sərbəst buraxılıb.
Son xəbərlər
Son Xəbərlər