Salah sürücülük hüququndan məhrum edildi

salah-suruculuk-huququndan-mehrum-edildi
Oxunma sayı: 752

Böyük Britaniyanın Uorrinqton şəhərindəki məhkəmə “Trabzonspor” və Misir milli komandasının hücumçusu Məhəmməd Salahı altı ay müddətinə sürücülük hüququndan məhrum edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Qeyd olunur ki, hadisə martın 27-də Çeşir qraflığının Vilmslou şəhərində baş verib. Məhkəmə sənədlərinə əsasən, sürətə nəzarət kamerası Salahın “Rolls-Royce” markalı avtomobilinin sürət həddini aşdığını qeydə aldığı zaman, o, avtomobili kimin idarə etdiyi barədə polisə məlumat verməyib.

Məlumata görə, futbolçu prokurorluqdan gələn bildirişlərə məhəl qoymayıb və istintaqla əməkdaşlıq etməkdən imtina edib. Nəticədə məhkəmə ona 1044 funt-sterlinq (1217 avro) məbləğində cərimə ödənilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, misirli futbolçu 2017-ci ildən bəri “Liverpul”da çıxış edirdi. Avqust ayında o, azad agent kimi Türkiyənin “Trabzonspor” klubuna qoşulub.