İspaniyanın “Iberia” aviaşirkəti 2026-cı ilin ən diqqətçəkən səma hadisələrindən biri olan Günəş tutulmasını izləmək üçün xüsusi uçuş təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, Avropanın bəzi bölgələrində Günəşin Ay tərəfindən tam örtüldüyü, daha geniş ərazilərdə isə qismən tutulmanın müşahidə edildiyi hadisəni daha yaxından izləmək üçün təşkil olunan uçuşda 30 astronom iştirak edib.
Xüsusi uçuş zamanı təyyarə təxminən 10 min metr yüksəklikdə hərəkət edib. Tam Günəş tutulması təyyarədən canlı yayımlanıb.
Təyyarə tutulmanı mümkün qədər aydın görüntüləmək üçün üç uçuş kamerası və “Starlink” peyk bağlantısı ilə təchiz olunub. Bunun sayəsində hadisə buludların üzərində, real vaxt rejimində izləyicilərə çatdırılıb.
Təyyarədəki astronomlar isə uçuş boyunca tutulmanı müşahidə edib və hadisəni təhlil ediblər.
Əsas tutulmadan əvvəl uçuşun texniki hazırlığını yoxlamaq üçün UTC ilə saat 19:42-19:44 arasında sınaq manevri həyata keçirilib.
Bu mərhələdə təyyarənin Günəşlə düzgün uyğunlaşdırılması, kameraların görüntü bucaqları, izləmə sistemləri və əvvəlcədən müəyyənləşdirilmiş uçuş trayektoriyası yoxlanılıb.




Son xəbərlər
Son Xəbərlər