Gürcüstanda helikopterin qəzaya düşmə anı - Video+Yenilənib

gurcustanda-helikopterin-qezaya-dusme-ani
Oxunma sayı: 10196

Gürcüstanın Qudauri bölgəsində xilasedici helikopter qəzaya uğrayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, qəza Qudauridə qəzaya uğramış paraplançıların xilasetmə əməliyyatı zamanı baş verib.

DİN-in sərhəd polisinə məxsus helikopter idarəetməni itirərək qəzaya uğrayıb.

Qeyd olunub ki, helikopterdə ekipaj üzvləri ilə yanaşı Fövqəladə Hallar Xidmətinin xilasediciləri və həkimləri də olub.

Hadisə ilə bağlı bütün təfərrüatlar DİN tərəfindən dəqiqləşdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Qudauridə qəzaya uğrayan helikopterdə 8 nəfər olub.

Bu barədə Gürcüstan DİN məlumat yayıb.

Onlardan 4-ü ekipaj üzvü, 2-si xilasedici, 2 nəfəri həkim olub.

***

Qudauridə qəzaya uğrayan helikopterin bütün ekipaj üzvü - 8 nəfər həlak olub. 

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qudauri vilayətində dağlıq ərazidə xilasedici helikopterin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb.

***

Qudauridə helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb.

“Təəssüf ki, helikopterdə olan hər kəs, həmçinin paraplanda uçan xarici turist həlak olub” - Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

Yalnız ikinci paraplançı xilas edilib.