Hakan Fidan Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

hakan-fidan-sehidler-xiyabanini-ziyaret-etdi
Oxunma sayı: 1512

Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn Hakan Fidan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılan “Türk şəhidliyi” abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb.